Tramp həbs OLUNUR? - Oğlu DANIŞDI
“Trump Organization”un maliyyə sənədlərinin saxtalaşdırılmasında təqsirli bilinən keçmiş ABŞ prezidenti Donald Tramp həqiqətən də həbsxanaya göndərilə bilər.
Redaktor.az “News.ru”ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Donald Tramp Junior danışıb..
Oğlu Trampa qarşı açılan işin siyasi motivli olmasına əminliyini bildirib. Onun sözlərinə görə, ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçkiqabağı rəqibi ilə belə davranmağa çalışır.
Qeyd edək ki, mayın 30-da Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organisation” nun maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham edib.
Həmçinin keçmiş dövlət başçısı 34 maddə üzrə təqsirli bilinir.
Yusif SƏMƏDZADƏ