Səfirin silahla zarafatı başına bəla oldu - VİDEO

 13:36 01.06.2024     278

Böyük Britaniyanın Meksikadakı səfiri Con Benjamin vəzifəsindən uzaqlaşdırılıb.

Redaktor.az xəbər verir ki, buna səbəb onun diplomatik heyət üzvünə silah tuşlamasıdır.

Hadisənin aprel ayında baş verdiyi qeyd olunub. Bildirilib ki, səfir Meksikanın şimalında narkotik kartelləri ilə tanınan Duranqo və Sinaloa ştatlarına səfəri zamanı bunu edib. Diplomat avtomobildə olarkən əlinə avtomat götürərək zarafatyana tabeliyində olanlardan birinə tuşlayıb.

Benjaminin həmin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bundan sonra isə o, vəzifəsindən uzaqlaşdırılıb.