Qayığın aşması nəticəsində 20 nəfər öldü

 14:00 01.06.2024     268

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində qayığın aşması nəticəsində 20 nəfər ölüb.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, Mohmand Dar rayonunda göyərtəsində 25 nəfərin olduğu qayıq çayda aşıb.

Məlumata görə, yalnız 5 nəfəri xilas etmək mümkün olub. Qalan 20 nəfər, o cümlədən uşaqlar və qadınlar ölüb.