Kreml Qurgen Arsenyanın səfir olmağına razılıq verdi
Kreml Qurgen Arsenyanın Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilməsi haqqında sazişi təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Rusiya mənbələrinə istinadən yazıb.
"Uzun müddət idi ki, Arsenyanla bağlı razılıq verilmədiyinə dair şayiələr gəzirdi. Mənbəmiz bildirir ki, sazişin təsdiqlənməsi ilə bağlı qərar mayın 8-də Nikol Paşinyan Moskvaya gedəndə verilib. O, şəxsən Vladimir Putindən Qurgen Arsenyanla bağlı razılığı qəbul etməyi xahiş edib”, - nəşr qeyd edir.
Arsenyan özü bu məlumatı şərh etməkdən imtina edərək, qəzetə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.
Xarici siyasət idarəsindən cavab veriblər ki, diplomatik nümayəndəliklərin rəhbərlərinin geri çağırılması və təyinatı prezidentin sərəncamı ilə həyata keçirilir, bundan sonra ictimaiyyətə bu barədə məlumat açıqlanır.
Bir müddət öncə yayılan xəbərlərə görə, Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı əvəzləyəcək.
Daha sonra Arutyunyanın Arsenyanla əvəzlənəcəyi bildirilmişdi.