Makron da Paşinyana zəng etdi
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Prezident Makron baş nazir Paşinyanı ad günü münasibətilə təbrik edib. Baş nazir təbriklərinə və xoş arzularına, habelə Ermənistan-Fransa münasibətlərinin inkişafına müstəsna töhfəsinə görə prezident Makrona təşəkkür edib.