“Crocus”dakı terrorda zərərçəkənlərin sayı açıqlandı

 19:51 01.06.2024     233

Rusiyada “Crocus City Hall” konsert zalında törədilən terror aktının qurbanı kimi 1700-dən çox insan tanınıb.

Redaktor.az TASS-a istinadən ” xəbər verir ki, bu haqda təqsirləndirilən dörd şəxslə bağlı məhkəmə qərarının mətnində deyilir.

“1700-dən çox insan zərərçəkmiş kimi tanınıb, 800-dən çox insan isə şahid qismində dindirilib. 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65-dən çox baxış keçirilib, 650-dən çox müxtəlif məhkəmə-tibbi ekspertiza, o cümlədən məhkəmə-tibbi, ballistik, molekulyar genetik, yanğın-texniki, tikinti mühəndisliyi, barmaq izi müayinəsi təyin edilib”, - bildirilib.

Bundan əlavə, İstintaq Komitəsi üç xarici dövlətin səlahiyyətli orqanlarına hüquqi yardım üçün səkkiz sorğu göndərib. Cinayətin bütün hallarının müəyyən edilməsinə yönəlmiş digər istintaq və prosessual hərəkətlər də həyata keçirilib.

“Məhkəməyə təqdim olunan materiallarda ibtidai istintaqın səmərəsiz təşkil olunduğunu göstərən heç bir məlumat yoxdur və müdafiə tərəfi onları məhkəmə iclasında təqdim etməyib”, - qərarda vurğulanır.

Xatırladaq ki, “Crocus City Hall”da terror aktı bu ilin martın 22-də baş verib.