İstanbulda yaşayış binası çökdü - VİDEO

 11:41 02.06.2024     233

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb.

Redaktor.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyinin mətbuat xidməti məlumat yayıb.

Telekanalın məlumatına görə, indiyədək dağıntılar altından iki yaralı xilas edilib.

Hadisə yerində yanğınsöndürmə briqadaları və təcili yardım qrupları işləyir.

Dağıntılar altında qalanların olduğu bildirilir.

Axtarış-xilasetmə işləri davam edir.