Milyarder 93 yaşında beşinci dəfə evləndi

 23:14 02.06.2024     309

Media maqnatı, milyarder Rupert Merdok 93 yaşında beşinci dəfə ailə həyatı qurub.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

O, 67 yaşlı bioloq, Roman Abramoviçin keçmiş qayınanası Yelena Jukova ilə evlənib.

Onlar Merdokun Kaliforniyadakı üzüm bağında toy ediblər.

Merdok əvvəllər dörd dəfə ailə həyatı qurub.

“Forbes”in məlumatına görə, media imperiyasına “The Wall Street Journal”, “Fox News” və digər nüfuzlu nəşrlər daxil olan Merdokun və ailəsinin təxminən 20 milyard dollar dəyərində şəbəkəsi var.

Merdok qlobal media imperiyasına nəzarəti keçən ilin noyabrında oğluna təhvil verib.