Meksika tarixində ilk yaşana bilər
Klaudia Şeynbaum tarixi qələbə qazanaraq Meksikanın ilk qadın prezidenti olmağa hazırlaşır.
Redaktor.az “BBC”yə istinadən xəbər verir ki, Mexiko şəhərinin keçmiş meri Meksika tarixində ilk dəfə qadın prezident seçilməyə çox yaxındır.
Bildirilir ki, ekzit-poll nəticələri öz təsdiqini taparsa, xanım namizəd oktyabrın 1-dən Lopez Obradoru əvəz edəcək.
Qeyd olunur ki, K.Şeynbaum çıxışlarında hazırkı prezident L.Obradorun siyasətini davam etdirəcəyini söyləyib.
Yusif SƏMƏDZADƏ