Ər və arvad casusluğa görə saxlanıldı

 10:42 03.06.2024     212

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti “MI6” Çinin mərkəzi dövlət qurumlarından bir neçə məmuru öz kəşfiyyat şəbəkəsinə cəlb etməyi bacarıb. 

Redaktor.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əvvəlki dövrlərdə ikitərəfli təhsil mübadiləsi proqramı çərçivəsində Britaniyada 2015-ci ildə təhsil almış Vanq soyadlı Çin vətəndaşı arvadı ilə birgə Britaniya kəşfiyyatıyla əməkdaşlıq iddiası ilə saxlanılıb. Beləliklə də, “böyük casusluq fəaliyyətinin”nin üstü açıldığı vurğulanır.

Qeyd olunur ki, təqsirləndirilən şəxs Britaniyaya gəldikdən sonra xarici kəşfiyyat xidməti – “MI6” onun şəxsiyyətindəki zəif tərəfləri aşkar edərək müxtəlif şirnikləndirici təkliflərlə məqsədinə nail olmağa cəhd edib.

Yusif SƏMƏDZADƏ