Gürcüstan parlamentinin sədri qalmaqallı qanunu imzaladı

 11:16 03.06.2024     248

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, qanun Şalva Papuaşvilinin imzası ilə qüvvəyə minib.

Qeyd edək ki, sənəd hakim "Gürcü Arzusu" partiyası tərəfindən təklif edilib. Parlamentin hər üç oxunuşunda səsə qoyularaq qəbul edilib.