KTMT-dən İrəvan açıqlaması

 13:01 03.06.2024     194

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvanın strukturla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcəyinə ümid edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu KTMT Parlament Assambleyası (PA) Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ümid edirik ki, respublikanın siyasi rəhbərliyi KTMT ilə əlaqələrinin perspektivlərini aydınlaşdıracaq, bu, ilk növbədə gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün bizim assosiasiyamızın bütün iştirakçılarının xeyrinə olardı”, - o bildirib.

Turan İSMAYIL