Rusiyadan Britaniya vətəndaşlarına SANKSİYA

 18:22 03.06.2024     178

Rusiya Xarici İşlər Nazirliyi bir sıra Britaniya vətəndaşlarına anti-Rusiya mövqeyinə görə sanksiya tətbiq edib.

Redaktor.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunur ki, bir sıra britaniyalı siyasətçi, jurnalist və ekspertlərə Rusiya əleyhinə fəaliyyətə görə sanksiyalar tətbiq edilib. Britaniya rəsmilərinin təxribatçı anti-Rusiya ritorikası Londonun Moskva ilə qarşıdurma əhval-ruhiyyəsindən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Rusiyanın “stop siyahısı”na Böyük Britaniyanın siyasi təşkilatlarının, jurnalist korpusunun və ekspert icmasının nümayəndələri daxildir.

Yusif SƏMƏDZADƏ