Avstriyanın tarixində yeganə qadın kansler vəfat etdi

 20:09 03.06.2024     171

Avstriya tarixində ilk qadın kansler olan Brigitte Birlyain 75 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə hazırkı kansler Karl Nehammer Federal Kanslerin saytında məlumat verib.

"Biz Avstriyanın ilk qadın federal kanslerinin itkisinə görə yas tuturuq", - Nehammer deyib.

O xatırladıb ki, Brigitte Birlyain ölkə üçün çətin bir zamanda məsuliyyəti öz üzərinə götürüb. Kansler Birlyainin respublika və vətəninə böyük sevgisini qeyd edib. Nehammerin sözlərinə görə, Avstriyanın ona böyük borcu var.

Qeyd edək ki, Birlyain 2019-cu ilin iyunundan 2020-ci ilin yanvarına qədər kansler vəzifəsində çalışıb. O, koalisiyanın dağılmasından sonra keçid hökumətinə başçılıq edib.

Turan İSMAYIL