İsveçrə parlamenti Ukraynaya yeni yardım paketini rədd etdi

 20:40 03.06.2024     222

İsveçrə parlamentinin yuxarı palatası neytral dövlətdə borclanma məhdudiyyətlərini pozduğuna görə Ukraynaya beş milyard İsveçrə frankı dəyərində yeni yardım paketini rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Parlamentin 28 üzvü qarşı çıxıb, 15 nəfər isə Ukraynaya qondarma uzunmüddətli yardımın verilməsi ideyasını dəstəkləyib.

Kiyevi dəstəkləməkdən imtinaya səbəb İsveçrənin “borc əyləci”nə yeni yardım paketinin ziddiyyəti olub. Bu, 2003-cü ildə qüvvəyə minmiş, ölkədə dövlət borcunun artım tempini ləngitmək üçün nəzərdə tutulmuş xüsusi tədbirdir.

Yusif EYVAZLI