Pakistanda 11 mədənçi metandan zəhərlənərək öldü

 21:15 03.06.2024     227

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhəri yaxınlığındakı mədəndə metan qazından zəhərlənmə nəticəsində azı 11 şaxtaçı ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” rəsmiyə istinadən məlumat yayıb.

Mədənçilər təxminən 450 metr dərinlikdə işləyirdilər və xilasetmə qrupları bir neçə saatlıq işdən sonra onların cəsədlərini çıxarıblar.

Hadisənin baş vermə səbəblərini və səhlənkarlığa yol verib-vermədiyini öyrənmək üçün araşdırmaya göstəriş verilib.

Yusif EYVAZLI