Fransa hərbi təlimatçılarını Ukraynaya göndərə bilər
Fransa prezidenti Emmanuel Makron iyunun 6-da fransalı hərbi təlimatçıların Ukraynaya göndəriləcəyini elan edə bilər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu açıqlamanı Fransa lideri müttəfiqlərin Normandiyaya desantının 80 illiyi ilə bağlı şənliklər zamanı verə bilər.
Bundan başqa Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki Pere de Yonqun sözlərinə görə, fransızlar uzun müddətdir Ukraynadadırlar. Yalnız göndərilən təlimatçıların sayı dəyişəcək.
Yusif EYVAZLI