G7 liderləri ABŞ prezidentinin Qəzza ilə bağlı təklifini dəstəkləyir

 23:07 03.06.2024     315

G7 ölkələrinin dövlət və hökumət başçıları ABŞ Prezidenti Co Baydenin elan etdiyi Qəzza razılaşmasını dəstəklədiklərini bildiriblər.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Bəyanatda deyilir ki, razılaşma Qəzzada dərhal atəşkəsə, bütün girovların azad edilməsinə və bütün anklavda paylanacaq humanitar yardımın əhəmiyyətli və davamlı artmasına gətirib çıxaracaq.

Qeyd edilib ki, müqavilə İİsrailin və Qəzzanın mülki əhalisinin təhlükəsizlik maraqlarını təmin etməklə böhrana nəhayət son qoymağa imkan verəcək.

G7 ölkələrinin başçıları da HƏMAS-ı razılaşmanı qəbul etməyə çağırıblar.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatı atəşkəs və girovların azad edilməsi təklifini dərhal qəbul etməlidir.

Bu bəyanat İsrailin Fövqəladə Müharibə Nazirləri Kabinetində nazir Benni Qantz və İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantla telefon danışığı zamanı verilib.

ABŞ Prezidenti Co Bayden mayın 31-də İsrail tərəfinin təklif etdiyi Qəzza zolağı ətrafında gərginliyin aradan qaldırılması üçün üç fazalı planı təqdim edib.

Turan İSMAYIL