İsveçrə İsrail hökumətinin üzvlərini həbs edəcək

 23:30 03.06.2024     323

İsveçrə İsrail və HƏMAS hökumətlərinin üzvlərini Beynəlxalq Cinayət Məhkəməsi (BCM) onların barəsində həbs qərarı çıxaracağı təqdirdə öz ərazisində həbs edəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin bəyanatında deyilir.

Qeyd edək ki, bBir müddət əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi üçün Məhkəməyə qədər Palataya müraciət etdiyini açıqlamışdı. O, açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdıqlarını qeyd edib. Prokuror həmçinin HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, Əl-Qəssam Briqadalarının hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfa və HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin həbsinə order verilməsini tələb edib. 

Turan İSMAYIL