Əcnəbilərə rus uşaqlarını övladlığa götürmək qadağan ediləcək
Yaxın gələcəkdə əcnəbilərə Rusiyadan uşaq övladlığa götürmək qadağan olunacaq.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın işi haqqında hesabatda məlumat verilib.
“Görünür, yaranan beynəlxalq vəziyyət və bunun nəticəsində Qərb ölkələri ilə ikitərəfli münasibətlərdə əhəmiyyətli dəyişikliklər son nəticədə yaxın gələcəkdə rusiyalı uşaqların xaricdən övladlığa götürülməsinin tamamilə dayandırılmasına gətirib çıxaracaq”, - sənəddə deyilir.
Yusif EYVAZLI