"Rusiya Ukrayna ordusunun “yumşaq qarnına” yaxınlaşır" - Britaniyalı analitik
Rusiya silahlı qüvvələri hücumda Ukrayna ordusunun əsas logistika mərkəzlərinə yaxınlaşır ki, bu da Kiyev üçün ciddi problem yaradır.
Redaktor.az xəbər verir ki, bu barədə britaniyalı analitik Aleksandr Merkuris özünün "YouTube" bloqunda bildirib.
“Onlar Ukrayna ordusunun yumşaq qarnına çatırlar”, - o, obrazlı şəkildə deyib.
Merkurisin sözlərinə görə, vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün “çox pis” görünür və Rusiyanın hücumu sürətlənməyə davam edəcək.
Turan İSMAYIL