İranda seçkilərə namizədlərin sayı açıqlandı
İranda prezident seçkilərində namizədliyi qeydə alınanların sayı 80-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün 18:00-da qeydiyyat başa çatıb.
İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində yekun rəy verəcək.
İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək.