Daha bir ölkədən Rusiyaya hücum ÇAĞIRIŞI
İsveç parlamenti Ukraynanın Rusiya ərazisinə hücumuna icazə verməyə çağırıb.
Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, İsveç parlamentinin üzvü Markus Viçel hökumətini Ukraynanın Rusiyadakı hədəflərə hücum etməsinə icazə verməsinə çağırış edib.
Bu barədə deputatın ölkənin müdafiə naziri Pol Consona müraciətində deyilir . Müraciətdə bildirilir ki, Qərbin Ukraynaya dəstəyi azad dünya üçün ekzistensial məsələdir:
"Bu baxımdan sözsüz ki, biz Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verməkdə davam edəcəyik. Buna baxmayaraq Ukraynanın müqavimətini çətinləşdirən ciddi problemlər mövcuddur. Yəni, Qərb silahlarından, xüsusən də Amerika silahlarından Rusiya ərazisində Rusiyaya qarşı istifadə edilməməlidir".
Qeyd edək ki, artıq bu kimi çağırışlar digər Qərb dövlətlərindən də həmişəkindən daha kəskin formada eşidilməkdədir.
Yusif SƏMƏDZADƏ