ABŞ-dən Avropada nüvə silahının yerləşdirilməsi barədə AÇIQLAMA
"ABŞ Avropada nüvə silahlarını bu təhlükənin yayılması riskini azaltmaq üçün yerləşdirdi".
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət üzrə keçmiş müavini Rouz Gottemüller deyib .
Bildirilir ki, Birləşmiş Ştatlar, Avropadakı NATO müttəfiqləri qarşısında onları qoruma öhdəliyinin bir hissəsi olaraq Avropaya silahlar yerləşdirib.
Sözügedən missiya XX əsrin 60-cı illərində Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) danışıqlarından irəli gəlir.
Gottemüller qeyd edib ki, həmin müqavilə bir çox NATO tərəfdaşlarına öz ərazilərində nüvə silahı əldə etmək və yerləşdirməyə mane olub.
Qeyd edək ki, “Financial Times” da dərc edilən yazılarda bəzi Qərb rəsmilərinin Rusiyaya zərbələr endirmək üçün Ukraynaya ötürülən silahlara görə rəsmi Moskvanın mümkün nüvə reaksiyasından narahatlıqlar əks edilib.
Yusif SƏMƏDZADƏ