"Rəsmi İrəvan KTMT ilə bağlı mövqeyini açıqlayacaq" - Mirzoyan

 13:00 04.06.2024     208

“Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərlə bağlı mövqeyini açıqlayacaq”.

Redaktor.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təşkilatın baş katibi İmanqali Tasmaqambetovun fikirlərinə cavab olaraq deyib.

 

O bildirib ki, şəxsən özünün KTMT-nin Baş katibi ilə münasibətləri yaxşıdır.

Qeyd edək ki, ötən gün Tasmaqambetov Ermənistanın son bir ildə qurum daxilindəki fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını bildirib.

Təşkilatın rəhbəri həmçinin Ermənistan hakimiyyətinə KTMT ilə münasibətlərin perspektivlərinə aydınlıq gətirməyi tövsiyə edib.