Meral Akşener yeni imici ilə diqqət çəkdi - FOTO

 13:27 04.06.2024     162

Türkiyənin İYİ partiyasının keçmiş sədri Meral Akşener uzun müddət sonra yenidən görüntülənib.

Redaktor.az “Haberler” portalına istinadən xəbər verir ki, türkiyəli siyasətçi iki fərqli vida mərasimində iştirak edib.

Akşenerin saçının rəngini dəyişməsi də diqqət çəkib. Belə ki, o, saçını sarıya boyayıb. 

Qeyd edək ki, Akşener mayın 1-də partiyaya sədrliyi yeni rəhbər Müsavat Dərvişoğluna təhvil verib. Bundan sonra, o, ictimaiyyət arasında çox görünməyib.