Olimpiya Oyunlarına görə 13 min evsiz Paris bölgəsindən çıxarılıb
Olimpiya Oyunlarına hazırlıqla əlaqədar bir il ərzində Paris regionundan daimi yaşayış yeri olmayan 13 minə yaxın insan çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Kanalın bildirdiyinə görə, 2023-cü ilin aprelindən 2024-cü ilin may ayına qədər 13 minə yaxın daimi yaşayış yeri olmayan şəxs paytaxt rayonundan çıxarılaraq respublikanın 10 şəhərinə köçürülüb.
Telekanal qeyd edib ki, “Sikkənin o biri üzü” hüquq müdafiə təşkilatının nümayəndələri evsizlərin probleminin məqbul həllini tapması tələbi ilə Fransa Daxili İşlər Nazirliyinə müraciət etmək niyyətindədirlər. Xüsusilə, fəallar evsizlərin yerləşdirilməsi üçün 20 minə yaxın yerin yaradılmasını zəruri hesab edirlər.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.
Turan İSMAYIL