“Xeyr, elə deyil” - Bayden Moskvanın təklifinə "yox" dedi
ABŞ Prezidenti Co Bayden Moskvanın Ukraynadakı münaqişəyə son qoymaq təklifini Kiyev üçün ən yaxşı variant hesab etmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, o bu barədə “Time” jurnalına açıqlamasında deyib.
“Xeyr, elə deyil”, - deyə Amerika lideri “Rusiyanın Ukraynadakı müharibəni dayandırmaq təklifinin hazırda ümid edə biləcəyi ən yaxşı təklif olub-olmaması” sualına cavab verərkən vurğulayıb.
Turan İSMAYIL