Bayden ABŞ-nin bu ərəb dövləti ilə ittifaqda maraqlı olduğunu AÇIQLADI

 17:41 04.06.2024     206

ABŞ və Səudiyyə Ərəbistanı arasında müttəfiqlik Vaşinqtonun maraqlarına cavab verir.

Redaktor.az xəbər verir ki, bunu Amerika Prezidenti Co Bayden “Time” jurnalına müsahibəsində deyib.

"Dəyərlərə əsaslanan və həm də praktik komponentə əsaslanan ittifaqlar var. Bu, bizim maraqlarımızdan daha çox şeydir", - deyən Bayden əlavə edibi ki, ortaq iqtisadi maraqlarla münaqişələr daha az ehtimal olunur.

Xatırladaq ki, aprelin 29-da Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud bildirib ki, ABŞ və Ər-Riyad ikitərəfli müdafiə və təhlükəsizlik sazişləri üzrə işlərin böyük hissəsini başa çatdırıblar. Təhlükəsizlik zəmanəti alan Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər. Vaşinqton Ər-Riyada “NATO-dan kənar əsas müttəfiq” statusunu təklif etməyə və ya ABŞ və Bəhreyn arasında imzalanmış sazişə oxşar pakt bağlamağa hazırdır. Bundan əlavə, saziş Səudiyyə Ərəbistanının nüvə proqramının yaradılmasında Amerikanın yardımını nəzərdə tuta bilər. 

Turan İSMAYIL