"Bloomberg" Ukrayna sammitində veriləcək qərarları AÇIQLADI

 17:56 04.06.2024     239

İyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçirilməsi planlaşdırılan beynəlxalq konfransın iştirakçıları Rusiya hakimiyyət orqanlarının iştirakı ilə gələcək danışıqlar üçün konkret addımları razılaşdırmaq niyyətindədirlər. 

Redaktor.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə sənəd layihəsinə istinadən məlumat yayıb.

“Biz etimad quruculuğu tədbirləri kimi xidmət edə biləcək konkret addımlar atmağa razılaşdıq və Rusiya Federasiyasının nümayəndələrinin danışıqlarda gələcək iştirakına gətirib çıxara bildik”, - agentlik sənəddən bir parçaya istinad edir. Bundan əlavə, sənəddə qarşıdurmaya son qoymaq üçün münaqişənin “bütün tərəflərinin” danışıqlarda iştirakının zəruriliyi vurğulanır.

"Bloomberg"in məlumatına görə, konfransda nüvə və ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərdən danışılacaq. Xüsusilə, sənəd layihəsində vurğulanır ki, nüvə enerjisi obyektləri təhlükəsiz olmalıdır və nüvə silahından istifadənin özü qəbuledilməzdir. İclas iştirakçıları həmçinin Qara və Azov dənizlərində sərbəst naviqasiyanın təmin edilməsinə çağıracaqlar. Bundan əlavə, sənəddə formatın tərəflərinin Ukrayna ilə bağlı ikinci sammiti keçirmək niyyətində olduqları qeyd olunacaq.

Turan İSMAYIL