Səfirin korteji yol hərəkəti qaydalarını pozdu - Araşdırmalar başladı

 18:18 04.06.2024     243

Sverdlovsk vilayətinin Dövlət Yol Müfəttişliyi Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskinin kortejinin avtomobillərinin yol hərəkəti qaydalarını pozması ilə bağlı araşdırma aparır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə regional idarə məlumat yayıb.

“Sverdlovsk vilayətinin Dövlət Yol Müfəttişliyi nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti qaydalarını pozduğunu əks etdirən yayımlanan video ilə bağlı araşdırma aparır. Hazırda yol-nəqliyyat müfəttişləri tərəfindən qayda pozuntularına yol vermiş şəxslər barəsində inzibati qaydada tədbirlər görülməsi məqsədilə sürücülərin şəxsiyyəti müəyyənləşdirilir”, - deyə rayon Dövlət Yol Müfəttişliyindən bildirilib.

Qeyd olunur ki, iyunun 4-də Polşanın Rusiya Federasiyasındakı səfiri Kşiştof Krayevski Yekaterinburqa qeyri-rəsmi səfərə gəlib. Daha sonra yerli mediada Polşa dövlət nömrə nişanlı avtomobillərin yol hərəkəti qaydalarını pozduğunu əks etdirən video yayılıb. "Ura.news" xəbər verir ki, bu avtomobillər tərəfindən 3 dəfə yol hərəkəti qaydaları pozulub.

Turan İSMAYIL