"Ukraynada ciddi korrupsiyanın olduğunu söyləməyə dəyər" - Bayden
ABŞ prezidenti Co Bayden Barak Obama dövründə vitse-prezident vəzifəsində çalışarkən Ukraynada keçirdiyi aydan danışıb .
Redaktor.az xəbər verir ki, o, bu barədə "Times" jurnalına müsahibəsində danışıb.
“Mən senator və vitse-prezident olanda bir ay Ukraynada olmuşam. Orada ciddi korrupsiyanın olduğunu söyləməyə dəyər. Bu vəziyyət həqiqətən çox çətin idi”, - Amerika lideri bildirib.
O əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynanın münaqişədə məğlub olmasına icazə verərsə, Rusiya Şərqi Avropada öz təsir dairəsini Balkanlar və Belarusdan qurmağa başlayacaq.
Yusif EYVAZLI