Türkiyə ilk dəfə Avropaya təbii qaz ixracına başladı
Türkiyə ilk dəfə olaraq Avropaya təbii qaz ixrac etməyə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
“BOTAŞ şirkəti qazın Bolqarıstan, Macarıstan və Rumıniyaya ixracına başlayıb.
İlk dəfədir ki, qonşumuz olmayan iki Avropa ölkəsinə qaz ixrac edirik”, - deyə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.