FTB rəhbəri ABŞ-yə “Krokus”a bənzər terror aktı təhlükəsi barədə xəbərdarlıq etdi
ABŞ "Crocus City Hall"a hücuma bənzər terror aktı ilə üzləşə bilər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə FTB-nin direktoru Kristofer Rey Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.
“Mən FTB-yə rəhbərlik etdiyim müddətdə biz ölkə daxilində əhalinin məskunlaşdığı ərazilərdə çoxlu terror hücumlarının qarşısını aldıq. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl də zorakılıq riski artmışdı. O vaxtdan bəri ABŞ-də bir sıra xarici terror təşkilatları amerikalılara və müttəfiqlərimizə qarşı hücumlara çağırıblar. Ən böyük narahatlıq, mart ayında Rusiya konsert salonuna edilən hücuma bənzər bir koordinasiyalı hücumdur", - o deyib.
Eyni zamanda, Rey bu terror aktının “İslam Dövləti” terror qruplaşması tərəfindən təşkil ediləcəyini iddia edib.
Turan İSMAYIL