Modi bu dəfə də qalibdir

 23:57 04.06.2024     294

Hindistanda keçirilən ümumi parlament seçkilərində Baş nazir Narendra Modinin təmsil etdiyi Hindistan Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyans qalib gəlib. 

Redaktor.az xəbər verir ki, Seçki Komissiyasının məlumatına görə, MDA 273 yerlik həddi keçərək parlamentin Xalq Palatasında (aşağı palata) çoxluq qazanıb.

Qeyd edək ki, səslərin hesablanması davam edir.

Mərkəzi Seçki Komissiyası bununla da alyansın qələbəsi ilə bağlı əvvəllər açıqlanan məlumatı rəsmən təsdiqləyib. Bu, Modinin ardıcıl üçüncü dəfə respublikanın baş naziri postunu tutmasına imkan verir.

Modini qələbə münasibətilə qonşu ölkələrin liderləri təbrik edirlər.