Bu ölkədə işəgötürənlər hər il siqaret çəkmə fasilələri səbəbindən 443 milyard itirir
Rusiyalı işəgötürənlər işçilərin siqaret çəkmə fasilələri və siqaretin sağlamlıq nəticələrinə görə hər il 443 milyard rubl itirirlər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Yevgeni Kamkinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində “İşçilərin sağlamlığı: yeni vektorlar və həllər” sessiyasında təqdim olunan təqdimatında deyilir.
"Rusiya Federasiyasında siqaret çəkmə ilə bağlı işəgötürən itkiləri, siqaret çəkmə fasilələri, işə getməmə və əmək məhsuldarlığının azalması səbəbindən 443 milyard rubl təşkil edir", - təqdimatda deyilir.
Turan İSMAYIL