Ukrayna Rumıniya ilə sərhədi minalayır

 17:39 05.06.2024     173

Ukrayna sərhədçiləri Rumıniya ilə dövlət sərhədini hərbi yaşda olan kişilərin qanunsuz keçməsini çətinləşdirmək üçün minalayırlar.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik qüvvələri məlumat verib.

Səfərbərlik başlayandan bəri Ukraynada bir çox kişi münaqişədə iştirak etməmək qərarına gəlib. Onlardan bəziləri heç bir möhlət almadan Tisa çayı boyunca uzanan Rumıniya ilə sərhədi keçərək Avropaya qaçmaq qərarına gəlir.

“Sərhəddə Ukrayna sərhədçiləri nəzarət zolaqlarını və Tisa yaxınlaşan əraziləri minalamağa başladılar”, - agentliyin həmsöhbəti bildirib.

Ukrayna mətbuatının yazdığına görə, kişilər bütün vasitələrlə səfərbərlikdən yayınmağa çalışır, aylarla evlərini tərk etmir, saxta arayışlardan istifadə edərək ölkəni tərk etməyə və ya sərhədi qanunsuz keçməyə çalışırlar. Ukrayna sosial şəbəkələrində mütəmadi olaraq məcburi səfərbərlik hallarının və vətəndaşlarla hərbi komissarlar arasında münaqişələrin videoyazıları yayılır. Hərbi komissarlarda kişilərin döyülməsi halları vaxtaşırı üzə çıxır.

T.İSMAYIL