BMT İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən narahatdır

 20:54 05.06.2024     179

"Birləşmiş Millətlər Təşkilatı Livan və İsrail sərhədində artan gərginlikdən çox narahatdır və tərəfləri gərginliyi azaltmağa çağırır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Əlbəttə, biz Mavi Xəttdə (İsrail və Livan sərhədində) davam edən gərginlikdən çox narahatıq”, - deyə o, bildirib.

Yusif EYVAZLI