Motosikletli britaniyalı turist qəzaya düşərək öldü

 21:18 05.06.2024     146

Tailandın "Phuket" adasında motosikletli britaniyalı turist qəzaya düşüb və sağ qala bilməyib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Britaniyalı avtomobili qarşıdan gələn zolağa çıxarıb, digər motosiklet sürücüsü ilə toqquşub və dayanmış avtomobilə çırpılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Qəzanın digər iştirakçısı isə kiçik qançırlarla xilas olub.

Yusif EYVAZLI