Makron və Zelenski 650 milyonluq müqavilə imzalayacaq

 22:00 05.06.2024     180

Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski iyunun 7-də Parisin Kiyevə daha 650 milyon avro ayıracağı iki saziş imzalayacaqlar.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, birinci razılaşmada Fransa İnkişaf Agentliyinin (AFD) ehtiyat fondu vasitəsilə Ukraynada fəaliyyəti genişləndirmək üçün 400 milyon veriləcək. Daha 50 milyon avro isə 2027-ci ilə qədər qrant kimi veriləcək.

İkinci saziş çərçivəsində daha 200 milyon Kritik İnfrastruktur Dəstək Fonduna gedəcək.

Yusif EYVAZLI