"Amerika xalqının seçdiyi prezidentlə işləyəcəyik" - Putin
Rusiya Amerika xalqı tərəfindən seçilən istənilən ABŞ prezidenti ilə işləyəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Dövlət başçısının sözlərinə görə, yekun nəticənin Kreml üçün o qədər də əhəmiyyəti olmayacaq.
"Amerika xalqının seçdiyi prezidentlə işləyəcəyik", - Putin deyib.
Prezident əlavə edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərdə nəyinsə dəyişib-dəyişməyəcəyi barədə dəqiq nəticə verə bilməz.
Rusiya lideri həmçinin ABŞ-nin hazırkı prezidenti Co Baydeni köhnə məktəbin proqnozlaşdırıla bilən siyasətçisi kimi xarakterizə edib.
Turan İSMAYIL