"İsrail Qəzzada müharibə aparmır, mülki əhalini tamamilə məhv edir" - Putin
İsrailin HƏMAS-ın hücumuna cavabı müharibə kimi deyil, Qəzzada əhalinin tamamilə məhv edilməsi kimi görünür.
Redaktor.az xəbər verir ki, bunu Rusiya dövlətinin başçısı Vladimir Putin TASS-ın dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.
“Əlbəttə ki, biz terrorun bütün təzahürlərinə qarşıyıq - istənilən yerdə və istənilən ölkədə mülki şəxslərə qarşı hücumların əleyhinəyik. Amma İsraildə baş verən məlum terror aktına cavab olaraq indi Qəzzada baş verənlər hələ də müharibəyə çox bənzəmir. Bu, bir növ mülki əhalinin tamamilə məhv edilməsidir”, - deyə Rusiya Prezidenti bildirib.
Turan İSMAYIL