Dəmir yolu relslərini partlatmaq cəhdinin qarşısı alındı

 12:57 06.06.2024     291

Polşa dəmir yollarının əməkdaşı mayın əvvəlində ölkənin cənubunda relslərdə partlamamış hərbi sursat aşkar edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Beata Şatanik Çexovitse-Dziedzice stansiyasında (Cənubi Polşada - red.) vəzifəsini yerinə yetirərkən, dəmir yolu relslərində partlamamış hərbi sursat tapdı, dərhal hadisə ilə bağlı stansiya növbətçisinə xəbər verib. Onun hərəkətləri sayəsində biz faciədən qaça bildik”, - Polşa Müdafiə Nazirliyinin saytında yazılıb.

Son zamanlar Varşavada təxribat getdikcə artır. Əksər hallarda polşalı siyasətçilər təxribatları Rusiya və Belarus kəşfiyyat xidmətlərinin təşkil etdiyini deyirlər.

Turan İSMAYIL