Naməlum şəxs hərbi komissarlığının binasını yandırmaq istədi

 13:03 06.06.2024     124

Ukraynanın Xarkov şəhərində naməlum şəxs Kiyev regional ərazi çağırış məntəqəsinin (hərbi komissarlığın analoqu) binasını yandırmaq istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə “Strana” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə iyunun 5-də baş verib. Naməlum şəxs cındırı yandıraraq hərbi komissarlığın pəncərəsinin yanına qoyub. Yanğın başlayıb, onu növbətçi görüb. Hərbçilər yanğını söndürməyə müvəffəq olub. Nəticədə pəncərə zədələnib.

Hadisə ilə bağlı cinayət işi açılıb, adamı 3 ildən 10 ilə qədər həbs gözləyir.

Turan İSMAYIL