İsrailin hücumları nəticəsində 70-ə yaxın fələstinli həlak oldu

 15:29 06.06.2024     164

İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi quru hücumları və hava hücumları nəticəsində 24 saat ərzində 70-ə yaxın fələstinli həlak olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.

Məlumata görə, son 24 saat ərzində 68 ərəb Qəzzada İsrail təcavüzünün qurbanı olub, 235 nəfər isə yaralanıb. Səhiyyə Nazirliyi qeyd edib ki, ötən ilin oktyabrında İsrail hərbi əməliyyatının başlanğıcından bu günə qədər İsrail ordusunun sektorda keçirdiyi əməliyyatlar nəticəsində 36 654 nəfər həlak olub, 83 309 nəfər yaralanıb.

Turan İSMAYIL