Bayden ABŞ silahları ilə Moskvaya zərbə endirməsinə qarşı çıxdı
ABŞ Ukraynanın Amerika silahları ilə Moskva və Kremlə hücumlarını dəstəkləmir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
“Biz Rusiyanın 200 mil (təxminən 320 km – red.) dərinliyində zərbələr endirilməsinə icazə vermirik və Moskvaya, Kremlə zərbə endirməsinə icazə vermirik”, - deyə o, ABC telekanalına müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, silahların sərhəd yaxınlığında Ukraynada konkret hədəflərə hücum etmək üçün istifadəsinə icazə verilir.
Turan İSMAYIL