Bayden Putini yenə təhqir etdi

 16:42 06.06.2024     229

ABŞ Prezidenti Co Bayden yenidən Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib və onu “diktator” adlandırıb.

Redaktor.az xəbər verir ki, Amerika lideri ABC yayım korporasiyasına müsahibəsində Rusiya Prezidentini “40 ildən artıqdır” tanıdığını deyib.

"O, ləyaqətli insan deyil. O, diktatordur və ölkəsini saxlamaq və eyni zamanda hücumu dayandırmamaq üçün mübarizə aparmalıdır", - Bayden deyib.

Xatırladaq ki, iyunun 5-də TASS-ın dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə Putin deyib ki, Baydeni proqnozlaşdırıla bilən “köhnə məktəb siyasətçisi” hesab edir. Qərbdə cani kimi göstərilməsinə münasibəti ilə bağlı suala cavab olaraq zarafat edib ki, “belədir, qorxsunlar”.

Turan İSMAYIL