Moldova Dnestryanı bölgəyə hərbi texnika yığır
Moldova Dnestryanı bölgə ilə sərhəddəki Bulboaka kəndində yerləşən poliqona hərbi texnika toplayır.
Redaktor.az xəbər verir ki, bunu Dnestryanı separatçılarının nümayəndəsi Oleq Belyakov deyib.
Onun sözlərinə görə, bu vəziyyət regionda hərbi gərginlik yaradır.
Qeyd edək ki, əvvəllər də Moldova Dnestryanı sərhədləri yaxınlığında hərbi texnika toplamaqda ittiham olunurdu.
Tiraspol onlar Kişinyov tərəfindən həyata keçirilən hərbiləşdirmədən narahatlığını bəyan edib.
Sultan AYXAN