Britaniya kraliçası Makronun arvadının əlini sıxmadı

 20:05 06.06.2024     328

Britaniya monarxının həyat yoldaşı Kraliça Kamilla müttəfiqlərin Normandiyaya desantlarının 80 illiyi ilə bağlı keçirilən mərasimdə Fransa Prezidentinin arvadı Bricit Makronun əlini sıxmaqdan imtina edib.

Redaktor.az Daily Mail-ə istinadən bildirir ki, Bricit Makron "D-Day" memorialında Kraliça Kamillanın əlindən tutmağa çalışıb. Lakin bu, protokolun pozulması olduğu üçün  kraliça soyuqqanlı davranaraq onu əlini tutmayıb.

Makronun arvadının bu hərəkətini "Yöndəmsiz bir an" deyə bir ingilis qəzeti şərh edib.

Televiziya görüntülərində Bricit Makronun abidə önünə əklil qoyduqdan sonra Kamillanın əlini sıxmaq üçün axtardığı, lakin kraliçanın jestinə cavab vermədiyi göstərilir. Sonra Fransa prezidentinin arvadı kralın əlini yüngülcə sıxıb, amma tez buraxıb.

Sultan AYXAN