Ukraynanın dörd bölgəsində hava hücumu XƏBƏRDARLIĞI
Ukraynanın dörd bölgəsində hava təhlükəsi xəbərdarlığı rejimi elan edilib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu rəsmi ictimai xəbərdarlıq resursunun məlumatları sübut edir.
Sirenlər ən uzun müddət - 12 saatdan çox - Xarkov vilayətində işləyib. Dnepropetrovsk, Poltava və Sumi vilayətlərində hava xəbərdarlığı 20 dəqiqədən bir qədər çox müddətə qüvvədə olub.
Bundan əvvəl Poltava və Sumi bölgələrində hava hücumu xəbərdarlığı elan edilmişdi, bu, müvafiq olaraq bir saat yarım davam edib. Xarkov vilayətində 12 saatdır ki, sirenlər səslənir.
Yusif EYVAZLI